Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubalı fermerlər heyvandarlıqda süni mayalandırma üsulundan geniş istifadə edirlər

30.06.2020 [15:58]

Xəbərin mətni

Qubalı fermerlər son illər süni mayalandırma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmağa, eyni zamanda, balavermə faizini yüksəltməyə nail olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təkcə bu ilin ötən dövründə rayonda 1100 baş heyvan mayalandırılıb. Süni yolla mayalandırılan bu heyvanlardan 600 başdan çox bala alınıb.