CƏMİYYƏT


Xaçmazda məişət tullantılarının atıldığı ərazidən qumbara və patronlar aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində məişət tullantılarının atıldığı ərazidə silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək həmin ərazidə üzərində partladıcısı olmayan 6 ədəd F-1 əl qumbarası, 361 ədəd 7,62, 96 ədəd 5,45, 16 ədəd 9, 7 ədəd 12,7 və 14,5 millimetrlik patron aşkar ediblər.