Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunublar

01.07.2020 [15:24]

Xəbərin mətni

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiya vasitələrindən istifadəni tövsiyə edirlər.