İQTİSADİYYAT


Kür Təcrübə Nərə Balıqartırma zavodunda yenidənqurma işləri yekunlaşır

Neftçalada yenidən qurulan balıqartırma zavodunda təmir tikinti işləri yekunlaşmaq üzrədir. Burada, həmçinin müasir standartlara cavab verən yem anbarı, qaraj və emalatxana, personal üçün nəzərdə tutulmuş yeməkxana, həmçinin qonaq evi binası inşa edilir. Ümumilikdə 21 tikilidən ibarət, 60 hektar ərazini əhatə edən zavodun ərazisində açıq havada hər biri 1 hektar olmaqla 35 nohur da yaradılıb.