CƏMİYYƏT


Azərbaycan Polisi Günü münasibətilə “Polisə könüldən dəstək” sosial aksiyası təşkil olunub

İmişli regional “ASAN xidmət” mərkəzi, “ASAN Könüllüləri” təşkilatı və İmişli Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə “Polisə könüldən dəstək” sosial aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində İmişli rayonunda ASAN könüllüləri tərəfindən polislə birgə vətəndaşlarla xüsusi karantin rejimi ilə bağlı koronavirus infeksiyasından qorunmağa və tibbi ləvazimatlardan istifadəyə, habelə yol keçidlərindən düzgün keçməyə dair söhbət aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim olunub.