Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb
02.07.2020 [19:16]
Myanmanın Kaçin ştatında nefrit hasilatı rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı azı 113 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 08:00-da baş verib. Xilasetmə Xidməti nümayəndəsinin sözlərinə görə, dağ süxuru 300 metr hündürlüyü olan qayadan insanların üzərinə tökülüb.