CƏMİYYƏT


Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar

Qazax Rayon Polis Şöbəsinə iyulun 3-də rayon ərazisində yerləşən “Sərin göl” restoranında nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal rayon polis şöbəsinin əməkdaşları həmin restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.