İQTİSADİYYAT


Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının bəzilərinin hərəkəti müvəqqəti dayandırılır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakıdan 07:38-də yola düşən 6003 nömrəli, 16:50-də yola düşən 6013 nömrəli, 20:25-də yola düşən 6027 nömrəli Bakı-Xırdalan-Sumqayıt qatarı və 18:45-də yola düşən 6617 nömrəli Bakı-Pirşağı-Sumqayıt qatarı müvəqqəti olaraq hərəkətdə olmayacaq. Həmçinin Sumqayıtdan 06:55-də yola düşən 6002 nömrəli, 08:35-də yola düşən 6010 nömrəli, 19:28-də yola düşən 6026 nömrəli Sumqayıt-Xırdalan-Bakı qatarı və 17:30-da yola düşən 6618 nömrəli Sumqayıt-Pirşağı-Bakı qatarının hərəkəti müvəqqəti dayandırılacaq.