CƏMİYYƏT


Qubada sel 3 kəndə ziyan vurub

İyunun 13-də Qubada yağan güclü leysan yağışları rayonun Bostankeş, Qalaxudat və Dərk kəndlərində fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, bir neçə evə ziyan dəyib. Bundan başqa, kəndlərdə fərdi təsərrüfatlar və yol infrastrukturu da sel nəticəsində yararsız hala düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır