SİYASƏT


Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın təxribatına etiraz edirlər

Niderland Krallığının Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” Futbol Klubunun ofisində bu ölkədəki bütün diaspora təşkilatlarımız toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan bütün təşkilatlar, eləcə də Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nümayəndələrinin iştirak etdiyi toplantıda soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatına etirazlarını bildiriblər.