Fransadan gətirilən buğda sortlarından yüksək məhsul götürülüb
15.07.2020 [12:02]
Xəbərin mətni
Xaçmazda Fransadan gətirilərək əkilmiş buğda sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilən “Renan” və “Barok” buğda növlərindən hər hektara 73 sentner məhsul toplanıb.