SİYASƏT


Ombudsman və deputat atəşə məruz qalan ərazilərdə olub

Ombudsman Səbinə Əliyeva və deputat Qənirə Paşayeva düşmən mövqeləri tərəfindən atəşə məruz qalan ərazilərdə olublar. Onlar xalqımızı təxriabatlara uymamağa çağırıb. Ermənistan silahlı qüvvələri Tovuzda hospitalı və mülki insanlar yerləşən tərəfə mərmi atıb. Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub.