İQTİSADİYYAT


Qubanın müasir tipli alma bağlarında bol məhsul yetişib

Bu il Qubanın intensiv və superintensiv alma bağlarında bol məhsul yetişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir meyvə bağlarında məhsuldarlığın yüksək olması fermerlərin intensiv bağçılığa marağını artırır. İki il öncə Quba rayonunda superintensiv alma bağlarının ümumi sahəsi min hektar idisə, hazırda bu rəqəm 2 min hektaradək artıb.