İQTİSADİYYAT


Biləsuvarda arı südünün istehsalına başlanılıb

Bölgələrdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bu qayğının nəticəsidir ki, artıq Biləsuvarda arının ən güclü və müalicəvi məhsulu olan süd istehsalına da başlanılıb.
AZƏRTAC xəbər verir ki, son illər dövlətin bu sahəyə dəstəyi arıçılığın inkişafına təkan verib. Hazırda təkcə Biləsuvarda 100-lərlə kənd sakini arıçılıqla məşğuldur, arı ailələrinin sayı isə 3 mini ötüb.