İQTİSADİYYAT


Aran bölgəsindən yığılan qarpız MDB ölkələrinə ixrac olunur

Aran bölgəsində qarpızın ikinci yığımına başlanılıb. Məhsuldarlıq da təsərrüfat sahiblərini qane edir.
AZƏRTAC xəbər verir ki, qarpız əkini adətən 3 mərhələdə həyata keçirilir. İlk əkin dövrü mart ayına təsadüf edir. Həmin vaxt məhsul ikiqat örtük altında həyata keçirilir. Bu mərhələnin iyun ayının əvvəlindən başlanan yığım prosesi artıq tamamlanmaq üzrədir. İkinci əkin isə may ayında aparılır və iyulun 10-dan etibarən məhsul toplanılır. Artıq qarpızın ikinci yığımına bir neçə gündür başlanılıb. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulu tez bir zamanda tədarük edib başa çatdırmaq üçün sahələrə səfərbər olublar.