İQTİSADİYYAT


Lənkəranda əkilən tritikale buğda sortu yüksək məhsuldarlığına və keyfiyyətinə görə seçilir

Lənkəranda tritikale buğda sortu əkilən sahələrdə biçin işləri başa çatıb. Üç il əvvəl “Yaşıl çay” fermer təsərrüfatında sınaq məqsədilə yetişdirilən tritikale buğda sortunun əkin sahəsi ilbəil genişləndirilir.
AZƏRTAC xəbər verir ki, buğda və çovdar taxıl növlərinin hibridindən alınmış tritikale taxıl sortu yüksək keyfiyyətli və məhsuldardır, həmçinin heyvandarlıqda da böyük səmərə verir. Fermer Araz Yaqubov bu il 40 hektar sahədə bu taxıl sortunun əkinini həyata keçirib.