Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyəzən şəhərində 960 şagird yerlik məktəb binası inşa olunur

28.07.2020 [10:51]

Xəbərin mətni

Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binasının inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonunadək istifadəyə veriləcək.
Dördmərtəbəli tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI