İQTİSADİYYAT


Nazir İnam Kərimov Şamaxının dağlıq ərazilərində müasir kombaynlarla taxıl biçininin aparılması prosesində iştirak edib

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir. Hazırda yalnız relyefi çətin, yüksək dağlıq ərazilərdə biçin prosesi davam edir. Bu il ilk dəfə dağlıq bölgələrdə biçin prosesinə müasir, tam kompüterləşdirilmiş dağ kombaynları cəlb olunub. Maili bucaqlarda itkiyə yol vermədən biçin apara bilən kombaynlar 20 faiz nəmlikdə belə maneəsiz işləyə bilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Şamaxı rayonun Qızmeydan kəndində, yüksək dağlıq, relyefi çətin ərazidə müasir kombaynlar vasitəsilə biçin prosesinin gedişini izləyib.