Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Nazirin müavini: İmişlidəki göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb

29.07.2020 [16:02]

Xəbərin mətni

İmişlidə yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik aradan qaldırıla bilər. Hazırda bu istiqamətdə iş aparılır. İyulun 29-da Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mütəxəssislər göllərə baxış keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göllərə baxış keçirildikdən sonra Baş Nazirin müavini Şahin Mustafayev jurnalistlərə müsahibə verib.