CƏMİYYƏT


Tərtər: İntensiv bağçılıq təsərrüfatında istehsal olunan məhsul yerli bazarla yanaşı, xaricə də göndərilir

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1510 hektara çatdırılıb.
Hazırda rayonun digər bağlarında olduğu kimi, “Aqropat” MMC tərəfindən Tərtərin Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır