İQTİSADİYYAT


Abşeron rayonunda 23 küçə və yolun təmiri davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Abşeron rayonu ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər görülür. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kvadratmetrdir.