ELM VƏ TƏHSİL


Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır

Son illər Lənkəranda 50-dən çox yeni məktəb binası tikilib. Hazırda rayonda 4 yeni məktəb binasının tikintisi və 2 məktəb binasının əsaslı təmir-bərpa işləri davam etdirilir. Bu il istifadəyə veriləcək məktəblərdən üçü rayon mərkəzinə yaxın olsa da, biri ucqar dağ kəndində yerləşir.
AZƏRTAC xəbər verir ki, təhsilin keyfiyyətinin artırılması və savadlı gələcəyin təmin olunması üçün respublikamızda yeni məktəb binalarının tikintisi işi sürətlə aparılır, ucqar kəndlərdə yeni təhsil ocaqları inşa olunur, qəzalı məktəblər isə əsaslı təmir edilir. Ölkəmizin bütün bölgələrini əhatə edən bu proses Lənkəranda da uğurla aparılır. 2003-cü ildən bəri Lənkəranda, ümumilikdə, 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb.