Masallı sakinləri: Sosial layihələrin pandemiya dövründə də icrası dövlətimizin insan rifahına verdiyi önəmi göstərir
11.08.2020 [12:59]
Xəbərin mətni
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri davam etdirilir, yollar və parklar əsaslı təmir olunur.
AZƏRTAC xəbər verir ki, Masallı şəhərində daxili yolların təmir-bərpa işlərinə bir neçə gündür başlanılıb. Hazırda 18 küçəyə asfalt döşənir. Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir.