İQTİSADİYYAT


Texniki sudan istifadə sahəsində nümunəvi müəssisə - sutkada 2000 kubmetr duzlu su emal edir, gücü daha da artırıla bilər

Son illərdə iqlim dəyişiklikləri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması hazırda bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Belə bir vaxtda, təbii ki, ehtiyat mənbələr, ondan istifadənin səmərəliliyi, tələbatın ödənilməsi üçün yeni texnologiyalardan istifadə məsələləri aktuallaşıb. Əslində, dünyanın bir sıra ölkələrində su çatışmazlığı probleminin həlli ilə bağlı alternativ mənbələrdən, müasir texnologiyalardan kifayət qədər istifadə edilir və nümunələr də var. Belə nümunələrdən biri də Salyanın Xıdırlı kəndindədir.