CƏMİYYƏT


Kürdəmirin Sığırlı kənd sakinindən küllü miqdarda narkotik vasitə götürülüb

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sığırlı kənd sakini Nəbiyev Fəxrəddin Rəhim oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, eləcə də yaşadığı evdə saxlaması barədə rayon polis şöbəsinə daxil olan məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib.