CƏMİYYƏT


Cəbrayılın Nüzgar kəndindən olan Əzizovlar ailəsi: İndi 27 ildir gözlədiyimiz o günləri yaşayırıq

Düşmən tapdağından azad edilən Cəbrayılın Nüzgar kəndinin sakinləri doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. O gün artıq çox yaxındadır. Şanlı ordumuz tərəfindən erməni silahlı birləşmələrindən azad edilən yaşayış məntəqələrimiz arasında Nüzgar kəndi də var.
AZƏRTAC xəbər verir ki, Nüzgar sakinlərinin 27 ildir nakam qalan arzuları artıq reallığa çevrilib. Nüzgar kəndindən olan Əzizovlar ailəsi də uzun illərdir Vətən həsrəti ilə yaşayır. Onlar öz doğma el-obalarındakı gözəl anları şəkillərə baxaraq xatırlayırlar. Lakin Nüzgarın azad olunması kənd sakinlərinin Vətən həsrətini sevinc hisləri ilə əvəz edib.