CƏMİYYƏT


Ağdamın işğal altında olmayan kəndlərində artilleriya atəşi nəticəsində təsərrüfatlara ziyan dəyib

Ermənistan silahlı qüvvələri noyabrın 4-də gecə və səhər saatlarında Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, rayon ərazisinə 60-dan çox mərmi atılıb. Əsasən əkin sahələrinə düşən mərmilər sakinlərin təsərrüfatlarına ziyan vurub.