CƏMİYYƏT


Vətən müharibəsinin ilk şəhid pilotu mayor Abbas Qasımov

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin mayoru olan hərbi pilot Abbas Qasımov sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətli əks-hücum əməliyyatları zamanı xüsusi qəhrəmanlıq nümayiş etdirib.15 il qüsursuz xidmət edən mayor Abbas Qasımov Vətən müharibəsində Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.