CƏMİYYƏT


Qubada 14 küçəyə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın adları verilib

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən müharibəsində şəhid olan 14 qəhrəman döyüşçümüzün adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, digərlərinə isə qubalı şəhidlərin adı verilib. Artıq küçələrə adların yazıldığı lövhələr vurulub.