CƏMİYYƏT


Qubada mağazadan oğurluq edən şəxs “iş başında” yaxalanıb

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonu Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapısının şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd göstərib.