CƏMİYYƏT


Şahmar Mövsümov: Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz müsbət nəticələrini verməkdədir.AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.