CƏMİYYƏT


Azərbaycanın Latviyadakı səfirliyində yanğın baş verməsi xəbəri həqiqəti əks etdirmir

Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil.
AZƏRTAC-ın Baltikyanı ölkələr üzrə xüsusi müxbirinə bu barədə səfirlikdən xəbər veriblər.Bildiriblər ki, Yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən 1-ci mərtəbəsi Səfirliyə məxsus olan binanın ən yuxarı mərtəbəsində, yaşayış mənzilində baş verib.Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olmuş və qısa zamanda söndürülmüşdür. Səfirliyə heç bir zərər dəyməyib.