CƏMİYYƏT


Tankı ilə düşmənin müdafiə xəttini yaran igidimiz - mayor Amid Heydərov

Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərovdur.
AZƏRTAC xəbər verir ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov məktəbinin davamçısı kimi, bu peşəyə dərindən yiyələnən Amid Heydərov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.