CƏMİYYƏT


Sabah ölkə ərazisində hava yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-8° isti olacaq.