SİYASƏT


“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Mayın 24-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” növbəti hərbi rütbəsi verilməsi münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.