İDMAN


Bu gün “Qarabağ” UEFA Konfrans Liqasında beşinci oyununu keçirəcək

Bu gün “Qarabağ” futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı beşinci sınağında Kiprin “Omoniya” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.