SİYASƏT


Mustafa Şentop: Azərbaycanın Vətən müharibəsində Zəfəri regionun inkişafı, sülh və əməkdaşlıq baxımından əhəmiyyətlidir

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) XVI Konfransında iştirak etmək üçün İstanbulda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Mustafa Şentop görüşdən məmnunluğunu ifadə edib.