SİYASƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Estoniyada da ehtiramla anılıb

Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyənin, Qazaxıstanın, Gürcüstanın, Moldavanın və Belarusun Estoniyadakı səfirləri, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mihail Korb, Türkiyənin və Moldovanın bu ölkədəki səfirliklərinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.