SİYASƏT


Fərid Şəfiyev: Türk Şurasının təşkilata çevrilməsi ilə ondan gözləntilər daha da artıb

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin rəsmi beyin mərkəzlərinin VII toplantısı keçirilib.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Tədqiqi Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransda çıxış edib.