SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı

Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta dünyanın strateji kommunikasiyanın nə olduğunu belə bilmədiyi dövrdə ölkəmizə qarşı strateji kommunikasiyanın, dezinformasiyanın, yalan xəbərlərin yayıldığını gördük. Müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycan ötən dövr ərzində informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşib. Xüsusilə Qarabağ müharibəsi - Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, hibrid savaşlarla müşayiət olunub.