SİYASƏT


Belarusun Milli Kitabxanasının binası üzərində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı videoproyeksiya edilib

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən anım aksiyası Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi münasibətilə təşkil olunub.