SİYASƏT


Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Ankara şəhərində də ehtiramla yad edilib

Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi Türkiyənin paytaxtı Ankara şəhərində də ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən Şuşa Konfrans Mərkəzində birgə təşkil olunan mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.