SİYASƏT


Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı bəyanat yayıb

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın iftixarı, xalqımızın xilaskarı, türk dünyasının böyük oğlu, Türkiyənin yaxın dostu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin, mənalı siyasi fəaliyyəti barədə bəyanat yayıb.AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın imzası ilə yayılan bəyanat Türkiyə Böyük Millət Məclisinin mətbuat mərkəzində keçirilən brifinqdə oxunub.