SİYASƏT


Ulu Öndərin əziz xatirəsi İslamabadda yad edilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı, Pakistan-Azərbaycan Tələbə Assosiasiyasının (PATA) və COMSATS Universitetinin iştirakı ilə Pakistanda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Uzaqgörən liderlərin gənclər siyasəti: Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirilib.AZƏRTAC xəbər verir ki, seminarda universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, PATA-nın üzvləri, səfirliyin əməkdaşları, eləcə də Pakistan ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak ediblər.