SİYASƏT


Yens Stoltenberq: Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub

Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib.