SİYASƏT


Mixail Boçarnikov: Regionda sabitlik təmin olunub və artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq

Ölkələrimiz arasında əlaqələrin inkişafının intensiv dövrüdür. Əsas odur ki, regionda sabitlik təmin olunub və artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.