SİYASƏT


AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genşləndirilməsi imkanları müzakirə olunub

AZƏRTAC və Qazaxıstanın Kazinform informasiya agentliyi beynəlxalq platformalarda qarşılıqlı dəstək, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi məsələlərinə diqqəti artırmaq niyyətindədirlər.
Əməkdaşlığın bu və digər perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Kazinform-un İdarə Heyəti sədrinin müavini – baş redaktor Bibinor Tanelbayeva və beynəlxalq əlaqələr üzrə baş menecer Toqjan Yesenbayeva ilə görüşündə müzakirə olunub.