SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Vətən müharibəsi şəhidləri Orucov Səbuhi, Tağıyev Hüseyn, Feyzullazadə Mehdi, Əsədov Səbuhi, Yusifzadə Xudayar, Qəribzadə Fəxrinin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları eləcə də döyüş yoldaşları iştirak ediblər.