SİYASƏT


Mövlud Çavuşoğlu: Bizim arzumuz Cənubi Qafqazda sülhün tam bərqərar olmasıdır

Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığımız addımları can Azərbaycan ilə məsləhətləşirik. Addımlarımızı, qərarlarımızı birlikdə məsləhətləşirik və proses bundan sonra da davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 20-də Ankarada səfərdə olan Malayziyanın xarici işlər naziri Saifuddin Abdullahla birgə keçirilən mətbuat konfransında bildirib.