İDMAN


Azərbaycan güləşçiləri Bakıda təlim-məşq toplanışı keçir

Güləş üzrə Azərbaycan milli komandaları 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib. Sərbəst güləş üzrə yığma yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək. Toplanışın əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri bir məşq gerçəkləşir.